Həkimdən SOS: “Koronavirusun 5-ci dalğası başlanır”
Yusif Nəzərli
09:47 22.10.2021
Sağlamlıq
963
“Təhsil müəssisələrində dərslərin əyani keçirilməsinə icazə verilməsi ilə orta və ali məktəblərdə tələbələrin canlı təması da yoluxmaya öz mənfi təsirlərini göstərdi”
Bu ilin 13 oktyabr tarixində Sumqayıt şəhərində 9-cu sinif şagirdi Kamil Əsgərovun , dünən – 21 okyabrda isə Xudat şəhərində 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicənin ölümü azyaşlı ölümlərini gündəmə gətirdi. Məktəblərdə ölüm halları nəyə görə artır? Buna səbəb kimi yalnız koronavirusu göstərmək nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı "Şərq"ə danışan həkim-cərrah Adil Qeybulla bildirib ki, koronavirusun artıq 5-ci dalğası başlanması ilə bağlı rəsmi məlumatlar verilib:
“Rusiya, Gürcüstan və İranda epidemioloji vəziyyətin pisləşməsi də bunu sübut edir. Azərbaycanda da yoluxma getdikcə artır. Təhsil müəssisələrində dərslərin əyani keçirilməsinə icazə verilməsi ilə orta və ali məktəblərdə tələbələrin canlı təması da yoluxmaya öz mənfi təsirlərini göstərdi. Auditoriyalarda tibbi maskalardan istifadə etməmək, gigiyenik qaydalara əməl olunmaması təhsil müəssisələrində yoluxma sayını daha da çoxaltdı. Hazırda SARS-CoV-2 virusunun indiki mutogen formullarının gənclər arasında ağır xəstəlik törətməsi hətta, ölüm halları böyük narahatlıq yaradır. O ki qaldı azyaşlıların vəfatına bunların səbəbi daha dəqiq araşdırılmalıdır”
Həkim-cərrah qeyd edib ki, bütün ölümləri koronavirusla əlaqələndirmək çətindir:
“Hər halda pandemiya dövründə olduğumuz üçün bizim ilk şübhəmiz bu istiqamətdə yönəlir. Hesab edirəm ki, hələ də ciddi şəkildə bütün karantin qaydalarına əməl etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə