Həkimlər deputatın təklifini dəstəklədi
Yusif Nəzərli
08:15 15.12.2021
Sağlamlıq
1092
150 nəfərlik yas mərasimlərinə icazə vermək olar
Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilsin.
Parlamentin dünən keçirilən iclasında deputat Razi Nurullayev bu təkliflə çıxış edib. Millət vəkili bildirib ki, onlarla insan ona müraciət edib: “Vətəndaşlar deyir ki, yaslara da qoyulan yasaq götürülsün. Toyların 150 nəfər olmaqla keçirilməsindəki qadağa aradan qaldırılıb. Hesab edirəm ki, yas məclislərində də 100-150 nəfər civarında iştiraka icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”.
Təklif barədə fikirlərini “Şərq”lə bölüşən həkim Şahvələd Məmmədov deputatın fikirləri ilə razı olduğunu bildirib:
“Pandemiya dövründə 150 nəfərlik toy mərasimlərinin keçirilməsinə icazə verildiyi halda yaslara niyə əngəl olunsun? Həm toy, həm də yas mərasimlərinin qapalı məkanda keçirilməsi onsuz da təhlükədir. Toylarda insanların məsafəli əyləşməsi, təmasda olmaması bir qədər reallığa uyğun deyil. Əslində elə yoluxma daha çox toylar vasitəsilə baş verir”.
İnfeksionist Mərdan Əliyev də bildirib ki, koronavirusa yoluxma həm toylarda, həm də yaslarda say etibarilə təqribən eynidir:
“Əsas yoluxma səbəbi insanların bir yerə toplaşmasıdır. Yaslarda qadınlar qapalı məkanda olur. Onlar yaxın məsafədən söhbət edir, öpüşürlər. Toy məclislərində də eyni prosesdir. Xatırlayırıq ki, toylara verilən icazədən sonra yoluxma sürətlə artmağa doğru getdi. İcazədən əvvəl isə yaslarda xeyli insanın yoluxmasına şahid olduq.
Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir. Toylar keçirilirsə, yaslarda da 100-150 nəfərə müəyyən şərtlər daxilində icazə məntiqəuyğun olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat