Hər unutqanlıq Alzheimer deyil: Bu əlamətlərə diqqət!!!

Həkimlər bildirirlər ki, hər unutqanlıq Alzheimer xəstəliyinin əlaməti deyil. Lakin unutqanlığın getdikcə artması və gündəlik həyata təsir etməsi ciddi siqnal hesab olunur.

Sherg.az xəbər verir ki, nevroloq dosent Aslıhan Taşkıran Sağın sözlərinə görə, eyni sualı qısa müddət ərzində təkrar soruşmaq, tanış yerlərdə yolu itirmək, əvvəllər asanlıqla görülən işləri yerinə yetirməkdə çətinlik çəkmək diqqətlə qiymətləndirilməlidir.

Mütəxəssis qeyd edib ki, söz tapmaqda çətinlik, sosial fəaliyyətlərdən uzaqlaşma, qərarvermə çətinliyi, narahatlıq və şəxsiyyət dəyişiklikləri də müşahidə oluna bilər.

Bununla yanaşı, unutqanlıq vitamin çatışmazlığı, qalxanabənzər vəz xəstəlikləri, depressiya, yuxu pozuntuları, bəzi dərmanlar və digər nevroloji xəstəliklərlə də əlaqəli ola bilər.

Həkim gündəlik həyata təsir edən və getdikcə artan koqnitiv dəyişikliklərin yaşlanmanın təbii nəticəsi kimi qəbul edilməməsini və vaxtında tibbi müayinədən keçməyi tövsiyə edib.