Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev

“5 yaşlı uşaqlarda hipertoniya yox, yalnız təzyiq yüksəlməsi ola bilər” 

“Plastik qablar uşaqların sağlamlığı üçün gizli təhlükədir” 

Azyaşlılar arasında hipertenziyanın yayılmasına səbəb paketlənmiş, plastik qablaşdırmada satılan hazır qidalardır. Məsələn, plastik qablardakı hazır əriştə, paketlərdəki çipslər, çubuqlar, hər cür abur-çubur. Bu qidaların tərkibində dozadan artıq duz, istiot və doymamış yağlar olduğundan uşaqlarda erkən yaşlardan damarların tutulmasına və qan dövranın pozulmasına, qan təzyiqinin yüksəlməsinə və qarşıdakı illərdə qan təzyiqi xəstəliyinə tutulmalarına səbəb olur.

Bu barədə türkiyəli Uşaq nefrologiyası mütəxəssisi dosent professor, doktor Nilüfer Göknar danışıb. Həkim qeyd edib ki, hipertoniya yetkin bir xəstəlik kimi görünsə də, indi hətta beş yaşlı uşaqlarda da rast gəlinir. Həkimlər uşaqlar arasında demək olar ki, bir trendə çevrilmiş "noodle"yə qarşı xəbərdarlıq edirlər. “Noodle” bildiyimiz əriştə - vermişeldir, hansı ki hazır paketlənmiş, qablaşdırılmış halda satışdadır. Hazır qida olduğu üçün də tərkibində duz, istiot, maye yağ və bəzi kimyəvi qatqılar mövcuddur. Ümumiyyətlə, təkcə uşaqlar deyil, böyüklər də hazır qidalara, eləcə də unlu məmulatlara – makaron, vermişel - əriştə, spagetti adlandırılan uzunca makaron-vermişelə çox həvəslidirlər. Bu həvəs isə zaman keçdikcə orqanizmdə fəsadlar yaradır. Həkim N. Göknar bildirib ki, oturaq həyat tərzi və qablaşdırılmış qidalara üstünlük uşaqlarda hipertoniyanın daha çox yayılmasına səbəb olur. Onun çalışdığı xəstəxanaya gün ərzində 25-30 müraciət daxil olur ki bunlardan ən azı 3-ü hipertoniya ilə müraciət edənlərdir: "Məktəbdə ürək döyüntüsü, burun qanaması, şiddətli baş ağrısı yaşayan və hətta təcili yardım çağırdıqdan sonra çox yüksək təzyiqlə təcili yardım şöbəsinə gələn xəstələrlə qarşılaşırıq”. Nilüfer Göknar qablaşdırılmış qidaların inanılmaz miqdarda duz ehtiva etdiyini söyləyərək əlavə edib: “Bizə müraciət edən uşaq xəstələrdən soruşanda, onların gündə 3-4 paket yediklərini eşidirik. Elə xəstələr var ki, sadəcə əriştəni kəsməklə təzyiqlərini aşağı salırıq. Uşaqlarda hipertoniya çox vaxt həyat tərzi dəyişiklikləri, məsələn, aktiv həyat tərzi və sağlam qidalanma ilə həll edilə bilər. Bu problemin həlli vacibdir, çünki uşaqlıqda başlayan xəstəlik yetkinlik dövründə daha böyük problemlərə səbəb ola bilər. Yetkinlərdə infarkt və insultların təməli uşaqlıqda qoyulur, çünki bu qan damarları uşaqlıqda zədələnir".

Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamsdına qeyd etdi ki, bir var arterial hipertenziya - nədənsə arterial təzyiqin yüksəlməsi, hans ki müdaxilədən sonra enir, bir də var arterial hipertoniya xəstəliyi: 

- Hipertenziya təzyiqin yüksəlməsidir. Hipertoniya isə artq oturuşmuş, formalaşmış xəstəlikdir. 5 yaşlı uşaqlarda hipertenziya ola bilər, hipertoniya yox. Hansısa maddənin təsirindən hipertenziya halı olur, təzyiq qalxa bilər, lazımi müdaxilədən sonra təzyiq enir. Amma 5 yaşlı uşaqda hipertoniya xəstəliyi formalaşa bilməz. 

Plastik qablardakı yeməklərə gəlincə, bəli, təbabət bunun əleyhinədir. Gürcüstanda plastik qablar, sellofan torbalar mayın ayının 1-dən etibarən qadağan olunacaq. Tərkibində ziyanlı inqridiyentlər olduğu üçün. Bunu bizim valideynlərə izah etmək çətindir. Deyirlər, dünya dəyişir, analarn işi asanlaşıb və sair. Mən keçmiş zamanları örnək gətirəndə, deyirlər, köhnə fikirlisiz, indi zaman dəyişib, müasirləşib. Onda mənə cavab versinlər, niyə köhnə vaxtlarda uşaqlar daha sağlam idi? Mənim cavabım budur ki çünki o zamanlar plastik qablar yox idi, ərzaqlar, qidalar təbii idi, keyfyyətli materillarda saxlanırdı, bişirilirdi. Yaşım buna imkan verir ki, ötən zamanlarla indikini müqayisə edim. Bu plastik qablarda nə görüblər, tənbillikdən uşaqlarına hazır qidalar alıb yedirilər. Bunları deyəndə, xoşlarına gəlmir ki siz köhnə adamsız. Valideynlərə məsləhətim budur, plastik qablardakı qidaları uşaqlarına verməsinlər.