İçindən at tükü də çıxdı
Yusif Nəzərli
07:30 25.11.2021
Sağlamlıq
805
Zəfəran alanda saxtadır, yoxsa əslidir, yoxlamaq lazımdır
“Bu qədər də olmaz!” dedirdən oyun zəfəranın “başına açılır”. Dünyanın ən bahalı ədviyyatı sayılan zəfəran çəkidə yüngül, qiymətdə ağır qızıla bərabərdır. Bu səbəbdən də fırıldaqçılar, müştərini aldatmaq yoluyla böyük gəlir əldə etmək istəyən möhtəkirlər satışa saxta zəfəran çıxarırlar. Bu barədə "CNN Türk" xəbər verir. Xəbər saytının yazdığına görə, zəfəran əvəzinə gah qida boyasıyla rənglənmiş qarğıdalı saçağı, gah Hindistan cevizinin iplik təbəqəsini, gah da at tükünü alıcıya təklif edirlər. Təbii ki, alıcı ona əslində nə təklif edildiyindən xəbərsizdi. Türkiyənin Qida Mühəndisləri Odası Antalya Şöbəsi başqanı Ali Manavoğlu bildirib ki, saxta zəfəranı əslindən ayırmaq ilk baxışda çətindir.
Alıcılar nəzərə alsın ki, əsl zəfəranın rəngi daha tünd qırmızı olur və ən əsası əsl zəfəranın rəngi əlin dərisinə çıxmaz. Zəfəran alanda ovcunuzda saxlayın, barmaqlarınızla zəfəran saçaqlarını ovuşdurun. Süni və saxtadırsa, rəng əlinizə çıxacaq. Əsl zəfəranınsa rəngi asanlıqla çıxmaz. A.Manavoğlu qeyd edir ki, zəfəran bahalı olduğu qədər becərilməsi də böyük zəhmət tələb edir.
1 kiloqram zəfəran əldə etmək üçün təxminən 150 min çiçək əllə toplanır. Zəfəranın qramı Türkiyədə 200 TL-yə satılır. Azərbaycanda xalis zəfəran neçəyədir, dəqiq məlumat yoxdur. Kiloqramı 300-1000 manat arasında dəyişir. Keyfiyyətə görə. Amma zəfəran alanda saxtadır, yoxsa əslidir, əvvəlcə yoxlamaq gərəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya