İdman zallarında yüksək rütubət və ümumi istifadə olunan avadanlıqlar müxtəlif infeksiyaların yayılması üçün əlverişli mühit yarada bilər.
Sherg.az xəbər verir ki, "Habertürk"-ün məlumatına görə, mikrobioloq İpek Ada xüsusilə yaş döşəmələr və duşlarda ayaq göbələyi, nəm dəri, dəsmal və matlar vasitəsilə qasıq və baş dərisi göbələkləri, dəri yaraları ilə keçən stafilokok bakteriyaları, qabıqlı yaralarla təmas nəticəsində impetigo, şəxsi əşyaların birgə istifadəsi ilə isə HPV infeksiyasının yayıla biləcəyini bildirib.
Mütəxəssis idman zallarının və avadanlıqların mütəmadi dezinfeksiya edilməsinin vacibliyini vurğulayıb. İdman edənlərə isə dəsmal, mat və şippək kimi şəxsi əşyalarını özləri gətirmələri və ortaq istifadədən mümkün qədər çəkinmələri tövsiyə olunur.
Ada həmçinin idmandan əvvəl və sonra şəxsi gigiyenaya diqqət yetirməyi, tərləmə və rütubəti artırmayan, nəfəs alan geyimlərə üstünlük verməyi məsləhət görüb.