Kiflənmiş qidaları yemək olarmı?
Yusif Nəzərli
06:20 03.12.2021
Sağlamlıq
1625
Daha çox da ciyəri zədələyir
Hazırkı ərzaq bahalığında evdar xanımlar, qənaətcil kişilər kiflənmiş məhsullardan asanlıqla əl çəkmək istəməz, yəqin. Hər birimizin başına gələn haldır; hansısa meyvə tərəvəzin müəyyən hissəsinin kifləndiyini gördükdə, onu birbaşa zibil qutusuna atmağa əlimiz gəlmir. Kiflənmiş böyür-başını kəsib, təmizləyib yeyirik. Hətta müəyyən hissəsi kiflənmiş çörəyi də “çörək bərəkətdi, atmaq olmaz” deyib uzaqbaşı ocaqda qızardıb istifadə edirik.
Bəs, kiflənmiş qidalar nə dərəcədə zərərlidir? “Şərq” xarici mediada yer alan məlumatı nəzərə çatdırır. Qida mütəxəssisləri bildirir ki, meyvə-tərəvəz, ya da hansısa digər qida məhsulunun üzərində kif varsa, deməli, orada bir sıra toksik kimyəvi maddələr toplanıb. Bu maddələr hər hansı səbəbdən (bəzən bilərəkdən, bəzən də ehtiyatsızlıqdan bu cür qidaları qəbul etmiş ola bilərik) orqanizmə düşdükdə, qusma, ürək bulanması, ishal halları yaradır, daha çox da qara ciyəri zədələyir.
Amma bu kimi nəticələr orqanizmin immunitet qabiliyyətinə və yaş senzinə görə, həmçinin qidanın hansı miqdarda qəbul edildiyinə bağlı özünü fərqli şəkildə göstərə bilər. Kiflər arasında ən çox yayılanı və toksik təsirinin yüksək olması səbəbiylə hətta xərçəng xəstəliyinə gətirib çıxaracaq aflatoksindir. Ancaq hər qidada bu toksinə rast gəlinmir. Aflatoksin daha çox yer fıstığında və qarğıdalıda olur. Kiflər təkbaşına zərərli deyil. Kifi orqanizm üçün zərərli hala gətirən tərkibində əmələ gəlmiş bakteriyalardır. Kiflənmiş qidalar bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Əgər belə bir allergiya həssaslığınız varsa, simptomlar ortaya çıxdıqda dərhal həkimə müraciət edilməlidir. Allergiya özünü qaşınma, gözlərin sulanması, dəridə qırmızı səpkilər, xırıltılı nəfəsalma, burun axması, burun tıxanıqlığı ilə göstərə bilər. Bir maraqlı fakt da var ki, bəzi ölkələrdə kiflənmiş pendirlər açıq satışdadır. Bəs bu kiflənmiş pendirlər orqanizmə zərərli deyil? Kiflənmiş pendir ənənəsi İtaliya və Fransaya aiddir. Bu ölkələrdə məşhur “Gorgonzola”, “Rokfor” kimi pendir növlərindəki kif pendirin mayasına kif qatılmasıyla yaranır. Bu pendirlərdə yaşıl-mavi kif xətlərini görmək mümkündür. Bu pendirlər məhz kif əlavə olunmaqla, xüsusi ənənəvi reseptlə hazırlanır. Bu cür kiflər təhlükəli hesab edilmir.
Amma kifə qarşı allergiyası olanlar yenə də bu pendir növlərindən uzaq durmalıdır. Bəs, meyvə-tərəvəz və başqa qida məhsullarında kiflənmiş hissəni kəsdikdən sonra yemək məsləhətdirmi? Mütəxəssislər bildirir ki, rütubət faizi yüksək qidalar kifləndikdə onlardan istifadə etmək olmaz, zərərlidir. Sendviç, sosislər, qırmızı ət, quş əti, mikrodalğalı sobada bişmiş kekslər, şirniyyat kiflənibsə, onlardan gözünüzü çəkin.
Bu qidalar kiflənibsə, deməli, tərkibində yüksək miqdarda zərərli bakteriyalar əmələ gəlib. Bərk pendirlərdə isə kiflənmiş hissə ən azı 2,5 santimetr kəsilib atıldıqdan sonra qalan məhsuldan istifadə etmək olar. Kif bərk məhsullarda dərinə nüfuz edə bilmir.
Kiflər adətən yumşaq toxumalı meyvə-tərəvəzlərdə dərinlərə nüfuz edir, ona görə də onlardan istifadə ziyanlıdır. Bu sıraya yumşaq pendirlər, qatıq, xama, mürəbbə, cemlər kiflənibsə, onları yemək olmaz. Bərk meyvə və tərəvəzlərdə də - yerkökü, kələm və sair. kiflənmiş hissəni bir qədər dərin kəsib atdıqdan sonra istifadə etmək olar.
Amma xiyar, pomidor kimi yumşaq, çox sulu tərəvəz və meyvələrlə eyni davranmaq olmaz. Fıstıq əzməsi, ədviyyatlar, quru meyvələr, qaxaclar kiflənibsə, onları atmaq lazımdır. Həmçinin elektrik sobasında bişmiş qidalarda da kiflər çox dərinə kök salır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya