
Konfet aldım yeyən yox! - İçindən qurd çıxdı – “Rahat”ın rahatsız işi
Yusif Nəzərli
13:28 14.10.2022
Sağlamlıq
1252
Yazıçı Səfər Alışarlı “Facebook” hesabında içindən qurd çıxmış konfet fotoları paylaşıb. Yazıçı iddia edib ki, həmin konfetləri “Rahat” supermarketlər şəbəkəsindən alıb:
“Moskvanın Babayevski fabrikinin adından buraxılmış, şokolada oxşar saxta məhsuldur. İçində də qurdlar var. Ömrümdə belə şeyə rast gəlməmişəm. Bu ölkədə Qida Təhlükəsizliyi Agentliyi varsa, hara baxır?”.

Məsələyə münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a deyib ki, burda məsuliyyət AQTA-dan daha çox həmin mağaza rəhbərliyinin üzərinə düşür:
“Buna daha çox mağazalara məhsul gətirən rəhbər şəxslər diqqət etməlidirlər. Bəzən mağazalara satılmayan məhsuldan çox gətirilir, sonra da zərərə uğramamaq üçün həmin məhsullar satışa çıxarılır.
Nəticədə alıcılar da belə qurdlu məhsullarla qarşılaşır. Şirkətin öz rəhbərliyi bu işə xüsusi diqqət ayırmalıdır.
Rəhbərlik öz məhsulunu ticarət şəbəkəsinə çıxarırsa, alıcı o məhsulda nöqsan tapırsa, bu birinci növbədə onun problemi olmalıdır. Nəzarətçi orqan olaraq AQTA mütəmadi olaraq monitorinqlər keçirir. Nöqsanların qarşısını almağa çalışır.
Bu baxımdan adıçəkilən qurumun fəaliyyətini yüksək dəyərləndirirəm. Sadəcə olaraq tövsiyə edirəm ki, onlar apardığı monitorinqlərin sayını bir az artırsınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qalatasaray"ın yeni transferi İstanbula çatdı
21:17 04.02.2026
Futbol
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm