Koronavirusun “omikron” ştammı “ebola”dan da təhlükəlidir?
Yusif Nəzərli
17:48 27.11.2021
Sağlamlıq
382
SARS-CoV-2 virusunun yeni versiyası “Omikron” bəşəriyyəti “ebola” virusu ilə eyni dərəcədə təhdid edə bilər.
Bu barədə Ümumdünya Tibb Assosiasiyasının (WMA) sədri Frank Ulrix Montqomeri bildirib.
“Mənim ən böyük qorxum odur ki, bu ştamm “Delta” qədər yoluxucu və “ebola” qədər təhlükəli ola bilər”, - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə “Omikron” mutasiyasının özü ilə daşıdığı risklər barədə hələ dəqiq məlumat yoxdur, lakin o, çox sürətlə yayılır. Montqomerinin sözlərinə görə, pandemiyanın lap əvvəlində dünya onun miqyasını lazımi səviyyədə qiymətləndirməyib.
“Mən də o vaxt düşündüm ki, bu, qripin bir növüdür. Sonra qərara gəldik ki, biz kütləvi immunitetə nail ola bilərik, lakin sonra son dərəcə yoluxucu bir ştamm “delta” ortaya çıxdı”, - WMA rəhbəri bildirib.
O, COVID-19 üçün təkrar peyvəndin hər il həyata keçirilməli olacağını istisna etməyib.
Qeyd edək ki, britaniyalı alimlər Botsvanada 32 mutasiyaya malik koronavirus ştammının peyda olması barədə xəbərdarlıq ediblər. Bir çox elm adamları onun yüksək ötürücülüyünə və peyvəndlərə qarşı müqavimətinə işarə edir.
Koronavirusun “B.1.1.529” qeydiyyatlı yeni ştammı yunan hərfi “omikron”un adı ilə qeydiyyata alınıb. Cümə günü Ümumdünya Səhiyyə Təşkilatı bunu “narahatlıq doğuran” məqam kimi təsnif etmək qərarına gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm