Mandarini qabığı ilə birgə yeyin - İnanılmaz faydası var
Fidan Həmişəyeva
12:54 09.03.2021
Sağlamlıq
2215
Mandarinin vətəni Çindir. Çində yüksək rütbəli məmurlara "mandarin" deyilirdi. Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi. O vaxtdan meyvəyə də "mandarin" adı verilib.
İndi zamanda da mandarin ən sevilən və faydalı meyvələrdən biridir. Hətta mandarinin qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir - əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir.
“Sherg.az” türk mediasına istinadən mandarinin faydalarını diqqətə çatdırır:
Mandarin xüsusilə C vitamini ilə zəngindir. Həmçinin onun tərkibində B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, pektinlər, orqanik turşular, fitonsidlər, qlikozidlər, kalsium, maqnezium, kalium və s. faydalı maddələr var.
C vitamini ilə zəngin olduğundan mandarin immun sistemini və damarları möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.
Mandarin ürək-damar sistemi üçün çox faydalıdır - aterosklerozun inkişafını ləngidir, damarların sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir.
Mandarinin ağ qabığında spesifik "qlikozid" maddələri var ki, bu maddələr damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər.
Mandarinin tərkibində olan bəzi aminturşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə mandarin və xüsusilə də onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır.
Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır.
Mandarin təbii antidepressantdır. Mütəxəssislər streslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul - mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın.
Mandarinin tərkibində olan fitonsidlər soyuqdəymə və qrip xəstəlikləri ilə mübarizə aparmağa kömək edir.
Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlar üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi, mandarin da güclü allergik xüsusiyyətlərə malikdir. Bundan əlavə kolit, qastrit, mədə və 12-barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəllikləri olan insanlar bu meyvədən sui-istifadə etməməlidir.
Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual