Marketlərdə təhlükə: Üzərinə parafin sürtülmüş meyvələrdən uzaq durun!
Yusif Nəzərli
05:22 25.01.2024
Sağlamlıq
567
Mütəmadi istifadə edildikdə mədə də sıradan çıxacaq, bağırsaqlar da
İlin hər fəslində marketlərdə cib “yandıran”, lakin göz oxşayan meyvə-tərəvəzlərin ziyanlı tərəfləri barədə hər zaman danışılır. Necə olur ki, bu meyvə-tərəvəzlər uzun müddət xarab olmadan, tər vəziyyətdə qalır? Əksəriyyət bunu bilir artıq. Meyvələrin üzərinə parafin çəkilir ki, gec xarab olsunlar. Bu barədə Rəsul Mirhəşimli sosial şəbəkədə yazıb. “Marketlərdən alınan meyvələrin üzərində xeyli parafin olur. Elektrik enerjisinə qənaət etmək üçün parafini meyvələrin üzərindən qaşıyıb şam düzəltmək mümkündür. Dünən sosial şəbəkələrdə bununla bağlı video qarşıma çıxdı. Eksperiment elədim, almanın qabığından xeyli parafin çıxdı. Eksperiment apardığım həmin alma da bir gecəyə büzüşməyə başladı”. Həqiqətən də, marketdən alınıb evə gətirilən meyvələr çox tez xarab olur. Sanki marketdə onlara xüsusi olaraq “süni nəfəs” verilir, elə ki marketdən çıxdılar, havaları çatmır, “ürəkləri gedir” – məhv olurlar.
Bu “sirri-xuda”ya qida eksperti Ağa Salamovun aydınlıq gətirməsini xahiş etdik. Ekspert “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bəli, meyvələrin üzərinə parafin sürtülür:
- Bu, oksidləşmənin qarşısını almaq üçündür. Meyvənin üzərinə parafin sürtməklə onun oksigenlə təmasının qarşısını alırlar. Belədə meyvə gec xarab our. Vitrin, rəf ömrü uzanır. Ona görə biz həmişə deyirik ki, mövsümündə yetişən və xüsusən də, yerli meyvələrin istehlakı məsləhətdir. Üzərinə parafin sürtülmüş meyvə yuyulsa da, məsamələrdən meyvənin daxilinə nüfuz edən parafin bağırsaq florasını alt-üst edir. Böyük bəlaya çevrilir. Həzm sistemini pozur, bağırsaq florasını məhv edir. Mütəmadi istifadə edildikdə mədə də sıradan çıxacaq, bağırsaqlar da. Parafinin orqanizmə mənfi təsirləri böyükdür. Xaricdən gətirilən, idxal edilmiş meyvə-tərəvəzləri yemək məsləhət deyil. Yerli məhsullar öz mövsümündə istehlak edilməlidir. Məhsul alanda diqqət etmək lazımdır ki, üzərində ağ maddə olmasın.
Ekspert qeyd etdi ki, yerli məhsullar adətən bazarlarda satılır:
- Məsələn, mən meyvə alarkən diqqətlə baxıram, üzərində parafin olduğunu hiss etdimsə, almıram. Bazardan alış-verişə üstünlük verirəm. Kələ-kötür, qurdlu meyvələri alıram. Kələ-kötür, qurdlu olsalar da, arxayınam ki, yerli məhsuldur və faydalıdır, hər hansı kimyəvi maddə çəkilməyib üzərinə. Belə təmiz, saf, orqanik yerli məhsullar ancaq bazarda olur. Marketlərdə monopolistlərdir. Oradan meyvə-tərəvəz almaq ümumiyyətlə, məsləhət deyil. İdxal edilmiş məhsullar alınmasa, birincisi, valyuta ölkədə qalacaq, ikincisi, yerli istehsal stimullaşacaq, üçüncüsü və ən vacibi də budur ki, keyfiyyətli, təmiz məhsul istehlak etmiş olacağıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya