“Omicron” sönür -
Karantin qaydaları daha da yumşaldılacaq
“Omicron” sönür -
Karantin qaydaları daha da yumşaldılacaq
Yusif Nəzərli
10:59 26.03.2022
Sağlamlıq
796
Dünya üzrə koronavirusun “Omicron” ştammına yoluxma və ölüm sayında nəzərəçarpacaq eniş müşahidə edilir.
Tibb mütəxəssilərinin proqnozları özünü doğrultdu, deyə bilərik. Mütəxəssislər “Omicron” ştammının yoluxuculuq qabiliyyətinin sürətli olmasının, pandemiyanın sonunu gətirəcəyini bildirirdi. Sürətli yoluxma kütləvi xəstələnmələrə və nəticə etibarilə kütləvi immunitetin yaranmasına səbəb olur. Bu qənaət təsdiqini tapır artıq. Əvvəlki ştamlara nisbətən daha yüksək yoluxma sürətinə malik “Omicron”a qarşı artıq kütləvi immunitet formalaşıb. Bu, özünü xəstə sayının və ölüm hallarının azalmasında göstərir. Təbii ki, virusun sönməsində peyvəndləmənin də əhəmiyyəti böyük oldu. Peyvəndləmə kampaniyası dünyanın hər yerində eyni dərəcədə aparılmasa da, əhali arasında peyvənd vurdurmayanların hələ də mövcudluğuna baxmayaraq durum bir xeyli müsbətdir.
Türkiyənin İstanbul Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya şöbəsinin professoru doktor Haluk Eraksoy bildirib ki, 2022-ci ilin koronavirusla vidalaşma ili olacağına ümidləri böyükdür.
“Sherg.az” “Milliyet.com”a istinadən xəbər verir ki, Haluk Eraksoy pandemiyanın artıq sönməyə başladığını qeyd edib:
“Yoluxmada yüksəlişlər yoxdur artıq, əksinə, nəzərəçarpan bir eniş görürük. Göz dəyməsin. Xəstəxanamızda yoluxma sayı yüksək olduğu zamanlarda 300-dək xəstə vardı. Son 2-3 ayda 50-60 xəstə oldu. Sonra 40-30. İndi isə cəmi 3 xəstəmiz var. Onlar da peyvənd vurdurmayanlar, ya da yanaşı, hər hansı xəstəliyi olanlardır. Xəstələr gəlir, analiz verirlər, “Covid”dirsə, “xəstəsən, get evə, müalicə al” deyirik. Yəni, xəstəxanya yatırılası ağırlıqda xəstəmiz, demək olar ki, yoxdur artıq. “Covid” sönür, deyə bilərəm”.
Lakin professor “Omicron”un hansısa yeni bir varianta dönüşə biləcəyi təhlükəsinin də tam aradan qalxmadığını söyləyib:
“Hazırda “Omicron”un alt variantı – BA2-nin hökm sürdüyünü təxmin edirik. Bəzən BA2-yə yoluxanların sayı artdı, kimi mülahizələrin şahidi oluruq, amma mən bu fikirdə deyiləm. Fəqli bir variant ola blər, lakin bu da “Omicron”un bildiyimiz xüsusiyyətlərini daşıyır. Tez yoluxur, amma yüngül keçir. Yoluxanlar xəstəlii ayaqüstü keçirir. Tibbdə belədir: hansı virusa yoluxursanız yoluxun, o, mütləq insanda immunitet formalaşdırır və bu immunitet 100-də 100 olmasa da, böyük ölçüdə xəstəliyin qarşısını alır. Bu mənada bütün dünyada kütləvi immunitet formalaşıb artıq”.
Professor yenə peyvəndləməni gözardı etməməyi, peyvəndləmənin vacib olduğunu vurğulayıb. Çünki virusun yenidən mutasiyaya uğrayıb-uğramayacağına kimsə zəmanət verə bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü alışma baş verib
01:17 18.11.2026
Ekologiya
Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq
00:56 18.11.2026
Cənubi Qafqaz
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm