Övladınızın “patı"-“şüşə” çəkdiyindən necə şübhələnməli? - 12 əlamət!
15:58 22.07.2021
Sağlamlıq
589
Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan“şüşə -patı” bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.
Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.
Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?
Ölkə.az xəbər verir ki, medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb.
Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib.
“El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir.
Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır.
Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, nüharibə dəhşətlərindən qorxmasınlar.
Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.
Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.
Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:
- Göz bəbəkləri daralır, birinci qəbuldan sonra bu baş verir
- Sifət qızarmış olur
- Gözlər şüşəyə bənzəyir, donuq olur. Elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur
- Baxışları bir nöqtəyə dikilir
- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur
- Hamının sözünü kəsir, özü durmadan danışır
- Ətrafdakıların onun sözenə reaksiyasına əhəmiyyət vermir
- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır
- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər
- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.
- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə
- Tənəffüs səthi və fasiləli olur
- Nəbz çox tezləşmiş, sürətlidir
- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur
Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.
Bütün sintetik narkotiklər – “şüşə”, “kokos”, “spayz” hamısı oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya