Pandemiya bu ölkəni bürüdü: ölüm sayı sürətlə artır - Həkimlər acizdirlər
Məlahət Rzayeva
12:27 24.04.2021
Sağlamlıq
576
Dünyanın nəzərləri Hindistana dikilib. Amma nə fayda? Kimsə yardım etmir. Hindistanda isə koronavirus xəstələri oksigen balonu çatışmazlığından ölür. "Sherg.az" "CNN.Türk"ə istinadən xəbər verir ki, Hindistanda koronavirusun yeni mutasiyasının ortaya çıxmasıyla yoluxma və ölüm sayı dəhşətli sürətlə artmaqdadı.
Ölkənin səhiyyə sistemi çökmüş durumdadır. Ölkənin cənubu, şimalı və mərkəzindəki bir çox xəstəxanalar oksigen balonlarının azaldığını həyəcanla duyurduğu vaxtda paytaxt Dehli də 25 koronavirus xəstəsi oksigen balonu yoxluğundan vəfat edib. Ölkədə gündəlik yoluxma sayı 350 minə yüksəlib. Milyonlarla ağır xəstə xəstəxanalara axın edir. Hindistan xəstəxanaları “oksigen!” çağırışları edir, xəstələr oksigen gözləyə-gözləyə həyatla vidalaşırlar. Bir çox xəstələr yatağa belə uzadılmadan həyatlarını itirir. Hindistanın qərbindəki Qucarat, Maharaşta əyalətləri, cənubdakı Həryana əyaləti və mərkəzdəki Madya Pradeş əyalətindəki xəstəxanalar indiyədək tədarük olunmuş oksigen ehtiyatının artıq tamam bitmək üzrə olduğunubildirib. Bu vəziyyət ölkənin dəmir yolu sistemini hərəkətə keçirib. Hazırda bir çox əyalətlərə dəmir yolu vasitəsilə vaqonlarda oksigen balonları daşınır. Bir tərəfdən də vəfat etmiş xəstə sayınını artması səbəbiylə cəsədlər açıq havada yandırılır. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı Hindistandakı vəziyyətlə bağlı hədsiz narahatlıq keçirdiyini bildirən açıqlama yaymışdı. Lakin hələ də Hindistana yardım əli uzadılmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə