Plastik cərrahların sayı artdı

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 1 həkim-mütəxəssis əlavə olunub.

Məlumata əsasən, siyahıya Həsənli Abidin Nəsib oğlu əlavə edilib.

Beləliklə, plastik cərrahların sayı 46 nəfər olub.