
Qida tədqiqatçısı: Genetik modifikasiya olunmuş qidalar risklərə də səbəb ola bilər
12:57 19.02.2025
Sağlamlıq
634
İrandan Azərbaycana gətirilən 3 tondan çox kreker və konfet məhv edilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, genetik modifikasiya olunmuş orqanizmlər (GMO) biotexnologiya vasitəsilə dəyişdirilən və genetik materialları təbii yollarla keçməyən canlılardır:

“Bu cür orqanizmlərin qida məhsullarına daxil olması, mütəxəssislər və dövlət orqanları tərəfindən müəyyən təhlükəsizlik və sağlamlıq məsələləri ilə bağlı müzakirələrə gətirib çıxarır. Genetik modifikasiya olunmuş qidalar bəzən allergik reaksiyalar, immun sistemin zədələnməsi kimi risklərə də səbəb ola bilər. Məsələn, genetik modifikasiya ilə qida məhsuluna əlavə edilən yeni zəhərli maddələr və ya allergenlər, bədənə təsir edir. Bundan əlavə GMO-lar yerli bitki və heyvan növlərini zəiflədə bilər. Bu da təbii seçilmə ilə uyğun olmayan və daha az dayanıqlı növlərin yaranmasına səbəb olar. Ümumiyyətlə idxal olunan qidaların GMO olub-olmaması, istehsalçı tərəfindən düzgün qeyd olunmalıdır. Əksər ölkələrdə GMO tərkibli məhsulların etiketində “GMO” və ya “genetik modifikasiya olunmuş” ifadəsi yazılmalıdır. Azərbaycanda da bu cür məlumatların qida məhsullarının üzərində qeyd edilməsi qanunla tənzimlənir. Orqanik kənd təsərrüfatı metodlarına uyğun yetişdirilən məhsullar, adətən GMO-lar ilə əlaqəli deyillər. İdxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin edən mühüm amillərdən biri də onların saxlanılması və daşınmasıdır. Yanlış şəraitdə saxlanmış və ya təhlillərdən keçməmiş məhsulların təhlükəsi artır. Genetik modifikasiya olunmuş orqanizmli tərkibli məhsullardan çəkinmək, etibarlı və orqanik məhsullar almaq daha düzgün seçim ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm