
Qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir
Yusif Nəzərli
20:16 10.12.2021
Sağlamlıq
907
Bağçalarda xüsusi normativ qaydalara mütləq əməl olunmalıdır
Qida Təhlükəsizliyi Agentliyi məktəbəqədər təhsil müəssisələrində yoxlama aparıb. Kobud pozuntu faktları aşkar olunan 183 məktəbəqədər təhsil müəssisəsinin rəhbər şəxsləri barəsində inzibati qaydada tədbir görülüb. Bu barədə AQTA-nın əməkdaşı Şəhla Yusifzadə məlumat verib. Onun sözlərinə görə, bu il oktyabrın 4-dən ölkə üzrə fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılıb.
Bunların sayı 1622-dir. "Dekabrın 1-nə olan statistikaya görə, 220 müəssisədə dövlət nəzarət tədbirləri başa çatıb. 205 müəssisədə 1236 nöqsan aşkarlanıb. Bütün bu monitorinqlərin yekunu olaraq məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakıda, həm də bölgələrimizdə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evi rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə təlim keçirilib. Bu təlimlər artıq silsilə xarakteri daşıyır və davam etdiriləcək". Ş.Yusifzadə bildirib ki, dövlət bağçalarında yoxlamalar yekunlaşdıqdan sonra ikinci mərhələdə özəl bağçalarda da yoxlamalara start veriləcək.

Məsələylə bağlı “Şərq”ə danışan AQTA yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, bağçalarda kobud pozuntular əsasən 3 istiqamətdə müəyyən edilib:
- Birincisi, qidaların kalorisinin uşaqların tələbatına uyğun olmamasıdır. Qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir. Bunun üçün xüsusi normatov qaydalar var.
Büğçalarda buna mütləq əməl olunmalıdır. İkincisi, sanitar-gigiyenik qaydalara əməl edilməsidir. Mətbəxlər normalara uyğun olmalıdır.
Üçüncüsü, qidaların, ərzağın saxlanma şəraitidir. Ərzaq sənaye malları ilə eyni yerdə saxlanmamalıdır. İstər dövlət məktəbəqədər müəssisəsi olsun, istərsə də özəl bağçalar, hər yerdə qaydalara riayət edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi