Tədris ilinin başlaması uşaqlarda kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxma riskini artırır. Xüsusilə məktəbəqədər və ibtidai sinif şagirdləri daha həssas qrup hesab olunur.
Sherg.az xəbər verir ki, bunu pediatr Anna Juravlyova bildirib.
Onun sözlərinə görə, uşaqlar yeni rejimə, artan yükə və çoxsaylı gündəlik təmaslara uyğunlaşmalı olurlar. Bağça və məktəblərdə uşaqların bir-biri ilə sıx təması, qapalı məkanlarda virusların daha sürətlə yayılması xəstələnmə riskini artırır.
Pediatr qeyd edib ki, narahat və emosional həssas uşaqlar da KRVİ-yə daha tez yoluxa bilərlər. Adaptasiya dövründə onlarda yuxu pozuntusu, baş ağrısı, ağlağanlıq və dərsə getmək istəməməsi müşahidə oluna bilər.
Həmçinin yaxın zamanda başqa infeksiya keçirən uşaqların orqanizmi zəiflədiyindən onların da xəstələnmə riski daha yüksəkdir.