Təkrar yoluxsaq belə, peyvəndlənmə ən doğru çıxış yoludur
02:43 11.08.2021
Sağlamlıq
662
Hazırda xəstəxanalarda reanimasiyada yatan xəstələrin hamısı peyvənd olunmayanlardır
Hər hansı əsassız fikirlərə söykənərək peyvənd olunmayanlar və ya saxta sənədlərlə peyvənd sertifikatı alanlar, sadəcə olaraq özlərini ağır riskə atır
Digər ölkələr kimi Azərbaycan da bir ildən çoxdur ki, gözə görünməyən düşmən olan koronavirusla mübarizə aparır. Hazırda xəstəliklə bağlı vəziyyət nəzarət altında olsa da, virusa tam qalib gəlmək üçün növbəti mərhələdə kollektiv immunitet qazanmaq üçün insanlar vaksinasiya olunmalıdır. Lakin cəmiyyətimiz istər mövcud virusa, istərsə də digər xəstəliklərə qarşı peyvəndləməyə münasibəti birmənalı deyil. Bəziləri vaksinin keyfiyyətindən şübhələnir, digərləri səhiyyə sistemimizə etibar etmir. Xəstəliklər üzərində vaksinsiz qələbə qazanmağa inananlar da var. Mövzu ilə bağlı həkimlərin fikirlərini öyrəndik.
İnfeksionist Vasif Əliyev "Şərq"ə peyvəndin əhəmiyyətindən danışıb. O qeyd edib ki, "Covid-19" peyvəndini vurdurmaq bizi yoluxmadan qorumur, ancaq xəstəliyi daha yüngül keçirməyimizə səbəb olur:
"Sual yarana bilər. Əgər yenidən yoluxa biləriksə və buna baxmayaraq peyvənd olunmalıyıqmı? Cavab bəli! Çünki hələki bu virusa qarşı spesifik bir müalicə yoxdur və kütləvi peyvəndləmə ən doğru çıxış yoludur. İnsanlar arasında bir peyvəndin sonsuzluq yaratdığı barədə də şayiələr yayılmaqdadır. Qeyd edim ki, peyvənd olunmaqla sonsuzluq riski ilə bağlı yayılan söz-söhbətlər yalandır. Bu yaxınlarda "Biontech" peyvəndinin bu cür riski yaratmağı ilə bağlı aparılan çalışmalar da bunun əksini sübut etdi. Hazırda xəstəxanalarda reanimasiyada yatan xəstələrin hamısı peyvənd olunmayanlardır. Hər hansı əsassız fikirlərə söykənərək peyvənd olunmayanlar və ya saxta sənədlərlə peyvənd sertifikatı alanlar, sadəcə olaraq özlərini ağır riskə atır".
Həkim-radioloq Aydın Əliyev "Şərq"ə açıqlamasında vurğulayıb ki, son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artması insanlarda panika yaradıb:
"Panikanı aradan qaldırmaq və maarifləndirmə məqsədi ilə bir neçə nüansı qeyd edirəm. Əsas olan yoluxma sayının artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur. Bəs niyə qrip xəstəliyinə görə karantin tətbiq edilmir? Çünki qrip xəstəliyi təqribən 95-99 faiz hallarda yüngül keçirilir. Demək ki, əsas yoluxma sayı yox, ağırlaşma faizidir. Yəni son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa, heç bir panikaya əsas yoxdur. Bir faktı qeyd edim ki, yeni yoluxanlar və ağırlaşanlar arasında peyvənd edilənlərin sayı çox azdır. Deməli, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır. Yəni nə qədər çox peyvənd edilsək yoluxma da bir o qədər azalacaq. Ümumiyyətlə, bütün viruslar mutasiya etdikcə zəifləyir, insanla yaşamağa məcbur olur. Ən yaxın gələcəkdə isə koronavirus adiləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə