Türkiyədə nadir əməliyyat: Çanaq sümüyündə yerləşən böyrək qorunub

Türkiyənin Giresun şəhərində çanaq sümüyünün daxilində yerləşən böyrəyi olan 67 yaşlı xərçəng xəstəsi üzərində mürəkkəb əməliyyat uğurla həyata keçirilib.

Sherg.az xəbər verir ki, İhlas Xəbər Agentliyinin məlumatına görə, xəstənin sidik kisəsi xərçəngi əzələ qatına yayıldığı üçün orqan tamamilə çıxarılıb. Əməliyyat zamanı böyrəyin qeyri-adi damar quruluşuna baxmayaraq, onun özü və funksiyaları qorunub.

Həkimlər bildiriblər ki, bu xüsusiyyətlərə malik belə bir əməliyyat dünyada əvvəllər cəmi üç dəfə qeydə alınıb. Türkiyədə isə bu, ilk hadisədir.

Mütəxəssislər sidikdə qanama müşahidə edən şəxsləri vaxt itirmədən uroloqa müraciət etməyə çağırıblar.