Türkiyəli həkimdən xəbərdarlıq: Maska taxın!
Yusif Nəzərli
05:27 25.01.2024
Sağlamlıq
596
Türkiyəli professor deyib ki, qrip təhlükəli xəstəlikdir
“Virusların bu dərəcədə yayılacağını kimsə təxmin etmirdi”
Son zamanlarda yuxarı tənəffüs yollarının xəstəliyi ilə bağlı müraciətlər artan xətt üzrə gedir. Kimisi bunu COVID-19-un geri dönüşü, kimisi də qrip, respirator xəstəliklərlə koronavirusun birləşərək eyni anda yoluxmaya səbəb olması ilə izah edir.
Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Dərnəyi başqanı professor Serap Şimşek Yavuz xəstəliyin ağır gedişatlı olduğunu vurğulayaraq insanları viruslardan qorunmaq üçün mütləq şəkildə maska taxmağa çağırıb: “Kütləvi yerlərdə, izdiham yaşanan ortamlarda maska taxmaq hamımızın sağlamlığı üçün çox önəmlidir. Yoluxma sayında ciddi bir artım var, həm COVID-19, həm də qrip virusuna yoluxmanın çox artdığını görürük. Vəziyyətin bu dərəcədə pik nöqtəyə çatacağını kimsə təxmin etmirdi, amma oldu”. Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca da açıqlamasında ötən ilin eyni dövrü ilə müqayisədə yoluxma sayında 20 faiz artım olduğunu deyib. Ən çox yoluxma faktları İstanbula aiddir. ÜST də bildirib ki, hazırda dünyada COVID-19-un JN1 ştammı geniş yayılıb. Professor doktor S.Ş.Yavuz ÜST-ün xəbərdarlığına diqqət çəkərək bildirib ki, COVID-19 hələ də pandemiya vəziyyətindədir. Ona görə də vətəndaşlar mütləq tibbi maskalardan istifadə etməlidirlər: “Son 3-4 həftə ərzində nəfəs yoluyla yoluxmalarda, yuxarı tənəffüs yolları xəstəliklərində ciddi artım müşahidə edilir. Yuxarı tənəffüs yolları xəstəliklərinin törədicisi olan respirator viruslar tənəffüs yollarının aşağı orqanlarını – ağ ciyərləri də yoluxdurur və bunun müalicəsi ağır keçir. Biz bunu COVID-19 zamanı gördük. Hazırda həm COVID-19-a yoluxma, həm də influenza – yəni qrip xəstəliyi də çox yayılıb. Xəstəliklərdən qorunmanın yolları bəllidir: peyvəndləmə və qoruyucu maskalardan istifadə etmək, kütləvi yerlərdə, insanların sıx toplaşdığı məkanlarda olmaqdan qaçınmaq”. Professor qeyd edib ki, hazırkı vəziyyətdə, əslində, yeni bir peyvəndə ehtiyac var. Xüsusən risk qrupları üçün. Professor qeyd edib ki, qrip təhlükəli xəstəlikdir. Ondan qorunmaq vacibdir. Bunun üçünsə immuniteti gücləndirmək, zərərli vərdişlərdən (içki, siqaret) əl çəkmək və mütləq maska taxmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya