Üzümdə Parkinson xəstəliyinin inkişafını dayandıra bilən maddə aşkarlanıb

Rusiyalı alimlər üzümdə Parkinson xəstəliyinin inkişafını ləngidə və sinir hüceyrələrini qoruyaraq yaddaşı bərpa edə bilən maddə aşkarlayıblar.

Sherg.az xəbəbər verir ki, Sakit Okean Bioüzvi Kimya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, “Alfa” üzüm sortundan əldə edilən trans-vitisin B adlı təbii birləşmə siçanlar üzərində aparılan təcrübələrdə həm hərəkət funksiyalarını, həm də məkan yaddaşını yaxşılaşdırıb.

Maddənin beyində iltihabi prosesləri azaltdığı, hüceyrələri zədələnmədən qoruduğu və dopamin neyronlarının sayının 22 faiz bərpasına kömək etdiyi müəyyənləşdirilib. Təcrübələrdə levodopadan fərqli olaraq əzələ gücünün azalması kimi yan təsir də müşahidə edilməyib.

Alimlər bildirirlər ki, nəticələr Parkinson xəstəliyinin müalicəsi üçün yeni istiqamət açır. Tədqiqatın növbəti mərhələsində trans-vitisin B digər xəstəlik modellərində sınaqdan keçiriləcək.