"Vaksinasiyadan sonra energetik içkilər, kola, fanta və spirtli içkilər olmaz" - Professor
08:56 20.06.2021
Sağlamlıq
788
Dünyanı öz ağuşuna alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam edir. Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb.
Yeri gəlmişkən, vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu - qidalanma rejimi mütıxəssislər tərəfindən müzakirə olunan məsələlərdən biridir. İsti yay gününü nəzərə alsaq, insanlar istilikdən sonra dərhal qazlı içkilərə üstünlük verirlər. Bəs vaksinasiyadan sonra qazlı içkilər içilməlidirmi?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev “Şərq”ə açıqlamasında bildirib ki, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır:
”Vaksinasiyadan sonra energetik içkilərin içilməsini qəti məsləhət görmürəm. Kola, fanta və spirtli içkilər isə ilk və ikinci dozadan sonrakı ilk 3 gün sadəcə olaraq, tövsiyə olunmur. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır”.
Həkim-pulmonoloq Nərminə Rəfiyeva isə “Şərq”ə açıqlamasında qeyd edib ki, vaksinasiya vurulduqdan sonra orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır:
“Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiya və yüksək hərarət yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd oluna bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər. Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə