Azay Quliyev ikinci müddətə ATƏT PA-nın vitse-prezidenti seçilməsinə münasibət bildirib.
"Sherg.az" xəbər verir ki, o, bu mötəbər posta yenidən seçilməsini, mühüm beynəlxalq platformada ölkəmizin əldə etdiyi növbəti uğuru prezident İlham Əliyevin mükəmməl və qətiyyətli siyasətinin nəticəsi adlandırıb:
"İkinci müddətə ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilməyim ölkəmizə olan yüksək etimadın və inamın göstəricisidir. Beynəlxalq aləmdə qazanılan hər bir uğurun arxasında ölkə prezidenti cənab İlham Əliyevin mükəmməl və qətiyyətli siyasəti dayanır".