Azərbaycan XİN-dən erməni nazirə CAVAB
19:05 11.07.2019
Siyasət
329
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması ilə bağlı fikirlərinə münasibət bildirib.
"Sherg.az"ın xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir.
“İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz. Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər”, - XİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsapda yenilik
19:52 27.01.2025
Texnologiya
Aİ Moldovaya 30 milyon avro ayırıb
19:45 27.01.2025
Siyasət
Bu ölkənin Fransadan tələbi: Məsuliyyəti üzərinə götür!
19:33 27.01.2025
Dünya
Bəşəriyyəti nasizmdən sovet xalqı azad etdi - Putin
19:27 27.01.2025
Siyasət
İqtisadi Şuranın iclası keçirilib
19:21 27.01.2025
İqtisadiyyat
Antalyada 12 mərtəbəli binada yanğın olub
19:10 27.01.2025
Dünya
Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanılıb
19:03 27.01.2025
Hadisə
ABŞ-da maşın azarkeşlərin üzərinə sürüldü: 30-a yaxın insan...
18:57 27.01.2025
Hadisə
Macarıstan Rusiyaya qarşı sanksiyalara qoşula bilər
18:51 27.01.2025
Dünya
Ötən il metroda daşınan sərnişin sayına görə rekord qeydə alınıb
18:34 27.01.2025
Cəmiyyət
İsrail HAMAS-ın daha bir komandirini zərərsizləşdirib
18:29 27.01.2025
Dünya
Bakıda daha bir klinikada ölüm
18:24 27.01.2025
Hadisə
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
18:18 27.01.2025
Region
Gürcüstan və Macarıstan parlamentləri saziş imzaladı
18:13 27.01.2025
Siyasət
"Qalatasaray" ingiltərəli müdafiəçi üçün 6 milyon avro təklif edib
18:07 27.01.2025
İdman
Məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydası təsdiqləndi
18:02 27.01.2025
Sosial
Slovakiyada ilk dəfə polisə qadın rəhbərlik edəcək
17:49 27.01.2025
Dünya
Prezident onların da maaşını artırdı -Fərman
17:43 27.01.2025
Ölkə
Həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşları artırılıb
17:18 27.01.2025
Hərbi