“Biz bu gün bayraq haqqında danışırıqsa, Azərbaycanda ilk dəfə bu bayrağı qaldıran, müstəqil Azərbaycan dövlətini quran Heydər Əliyevin bir neçə gün sonra hakimyiyətə gəlməsinin 50 illiyidir”.
Sherg.az bildirir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik müzakirə edilərkən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Novruzov deyib ki, bu gün Azərbaycan bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanır:
“Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə bütün sahələrdə tərəqqi başladı. İkinci dəfə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın parçalanmasının qarşısı aldı, müstəqil dövlətimizi qurdu. Bu gün Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Bu dövlətin qurucusu var, biz mütləq Heydər Əliyevi yada salmalıyıq. Biz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı parlamentdə bir bəyanat, müraciət qəbul etməliyik. Bu tarixi yaradan insan həyatını bu yola həsr edib”.