Türkiyənin Ədliyyə Nazirliyi bu günə qədər aralarında ABŞ, Almaniya, Rumıniya və Belçikanın da olduğu 94 ölkədən 570 Fətullah Gülən Terror Təşkilatı (FETÖ) mənsublarının Ankaraya təslim edilməsini istəyib.
Sherg.az Anadolu Agentliyinə istinadən bildirir ki, Ədliyyə Nazirliyi tərəfindən 15 iyul 2016-cı ildəki çevriliş cəhdindən sonra xaricə qaçan FETÖ-çuların Türkiyəyə verilməsi üçün sənədlər hazırlayıb.
Nazirlik bu günə qədər 94 ölkədə yaşadıkları müəyyənləşən 570 FETÖ mənsubunun haqqında prokurorluq və məhkəmələr tərəfindən hazırlanan sənədləri həmin ölkələrə göndərib.
Almaniyadan sabiq prokurorlar Zəkəriyyə Öz və Cəlal Karanın verilməsini istəyən Türkiyə, bu ölkədə olduğu bildirilən təşkilatın “hava qüvvələri imamı” çevriliş cəhdinin "sirr qutusu” sayılan Adil Öksüzün də təhvilini tələb edib.
ABŞ-dan isə Gülənin ən yaxınındakı terrorçular Cövdət Türkyolu, şəxsi həkimi Qüdrət Ünalı, təşkilatın media orqanlarındakı səlahiyyətlisi Əkrəm Dumanlını, ictimaiyyətdə “Əmrə Uslu” olaraq tanınan Əmrullah Uslunu, keçmiş futbol ulduzu Hakan Şükür və İhsan Kalkavan kimi şəxslərin Ankaraya verilməsini tələb edib.