Azərbaycan xarici siyasətində Avropa İttifaqı (Aİ) ilə münasibətlərə böyük önəm verir.
Ölkəmiz Avropa İttifaqının bir çox proqramlarında fəal iştirak edir və mühüm tərəfdaş kimi qəbul olunur. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv olan dövlətlərin ölkəyə marağını daha da artırır.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərinə bir daha öz müsbət töhfəsini verdi. Təsadüfi deyil ki, Azərbaycanı çox nadir ölkə kimi səciyyələndirən Avropa İttifaqının rəhbəri ölkəmizin həm Şərq, həm də Qərblə əlaqələrini yüksək qiymətləndirir.
Tam əminliklə demək olar ki, bu gün Avropa İttifaqının Azərbaycanla münasibətləri uğurla inkişaf edir.
Tərəflər arasında keçirilən çoxsaylı görüşlər gələcək əməkdaşlığa hesablanıb. Bu da istər Azərbaycanın, istərsə də Avropanın maraqlarına tam uyğundur.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında intensivləşən münasibətlərdən danışarkən ikitərəfli yüksək səviyyəli səfərlər mübadiləsinə də xüsusi yer ayrılmalıdır: "Bu, çox önəmlidir. Çünki bu kimi səfərlərin reallaşması tərəfdaşlığın və əməkdaşlığın daha da irəli aparılmasına xüsusi töhfə verir. Bu səfərlərdən biri məhz bu həftə - Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə səfəri çərçivəsində reallaşıb".
L.Abdullayeva qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək:
"Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycan üçün ən önəmlisi bizim maraqlarımızın tam şəkildə əks olunduğu bir sazişin əldə olunmasıdır. Bu baxımdan, vaxt amili önəmli deyil, ən vacib məqam həmin sazişin mahiyyətidir. Təbii ki, danışıqlarda sazişin böyük hissəsi razılaşdırılıb və yaxın gələcəkdə hər iki tərəfin maraqlarına cavab verən bir sazişin imzalanacağına ümid edirik".
"...Ən önəmlisi maraqlarımızın tam şəkildə əks olunduğu sazişin əldə olunmasıdır"
20:52 15.07.2019
Siyasət
406

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Düşünürəm ki, Putinlə başqa cür davranmaq lazımdır - Tramp
20:35 26.04.2025
Dünya
Rusiya generalının ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb
20:17 26.04.2025
Dünya
AMİP rəsmisi: Proporsional seçki sistemi əvəzsizdir
19:51 26.04.2025
Siyasət
Putin dedi ki, ilkin şərt olmadan danışıqlara hazırdır
19:09 26.04.2025
Dünya
Küləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
18:45 26.04.2025
Ekologiya
ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı
18:08 26.04.2025
Dünya
Sülh müqaviləsi mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya
17:47 26.04.2025
Dünya
Ali Koç istefa vermək niyyətində olmadığını açıqlayıb
17:29 26.04.2025
İdman
Ədalət Verdiyev: Ermənilərin insanlıqdan danışmaq haqqı yoxdur
17:03 26.04.2025
Aktual
Zelenskidən Trampla görüşü barədə ilk açıqlama
16:44 26.04.2025
Dünya
HƏMAS heyəti Qahirədə: Atəşkəs...
16:05 26.04.2025
Dünya
Faktiki olaraq bu gün Ukraynanın bölüşdürülməsi prosesi gedir -RƏY
15:47 26.04.2025
Dünya
Hakan Fidan Qətərə gedir
15:14 26.04.2025
Dünya
Analitik: Pakistan və Hindistan hərbi münaqişə astanasındadır
14:59 26.04.2025
Dünya
Ukrayna XİN rəhbəri Trampla Zelenskinin görüşdüyünü təsdiqləyib
14:43 26.04.2025
Dünya
Ceyhun Bayramovun Pakistan XİN rəhbəri ilə telefon danışığı olub
14:24 26.04.2025
Siyasət
ABŞ-İran danışıqlarının üçüncü raundu başlayıb
13:34 26.04.2025
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
13:10 26.04.2025
Gündəm
Prezident Pekində Çinin CGTN telekanalına müsahibə verib
13:00 26.04.2025
Siyasət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:30 26.04.2025
Ekologiya