“Paşinyanın populist çıxışlarına baxmayaraq, Ermənistandakı sosial gərginliyi aradan qaldırmaq mümkünsüzdür”.
Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik bildirib ki, Ermənistanın dövlət büdcəsi korrupsiya və bu kimi faktlardan dolayı dağılmış vəziyyətdədir:
“Hazırda ölkə erməni lobbisinin ayırdığı maliyyə yardımları ilə idarə olunur. Bu isə yetərli deyil. Yaxın günlərdə erməni rəsmiləri ABŞ-a maliyyə yardımı almaq məqsədilə səfərlər edib və maliyyə yardımı almaq üçün dil töküblər.
Hətta bir qədər yardım alıblar. Ancaq bu da Ermənistandakı sosial-iqtisadi vəziyyətin stabilləşdirilməsi üçün yetərli deyil”.
Politoloq vurğulayıb ki, İrəvan hökuməti ölkənin sosial-iqtisadi vəziyyətinin normallaşmasını istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qəti addımlar atmalıdır:
“Münaqişə səbəbi ilə ölkənin həm Qərb, həm də Şərq sərhədləri bağlıdır. Bu da regiondakı iqtisadi layihələrdən Ermənistanın tamamilə kənarda qalmasına səbəb olur.
Düşmən işğal etdiyi torpaqlardan çıxmadığı təqdirdə Ermənistandakı sosial vəziyyətin normallaşması imkansız haldır”.