ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırıldı


ABŞ-ın Rusiyadakı səfirliyinin müşavir-elçisi Tim Riçardson Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Moskvada razılaşdırılmamış aksiyalar barədə yazı ilə bağlı diplomata təqdimat verilib.Bundan əvvəl səfirliyin saytında və Dövlət Departamentinin Konsulluq məsələləri üzrə idarəsinin rəsmi “Twitter” səhifəsində avqustun 3-də Moskvada keçirilən razılaşdırılmamış mitinqin sxemi yerləşdirilib, yürüşdə iştirakdan çəkinmək məsləhət görülüb.XİN bunu aksiya iştirakçılarının lehinə təşviqat və Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib.Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ABŞ və Almaniya hökumətlərini diplomatlarının Rusiyanın daxili işlərinə qarışması ilə bağlı məlumatlandıracaq.Qeyd edək ki, iyulun 14, 27-də və avqustun 3-də Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyalar keçirilib, nəticədə 1700 nəfər saxlanılıb.