Ermənistan selektiv abortlara görə dünyada 3-cü yerdə qərarlaşıb: «114 oğlana 100 qız...» - Terror 

Ermənistanda 2019-cu ilin ilk 6 ayı ərzində doğulan uşaqların statistikası aparılıb. 

«Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, statistikaya görə, bu 6 ay müddətində doğulan hər 110 oğlana, 100 qız düşür.Bu barədə Emənistanın Satatistika Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2019-cu ilin birinci rübündə bu ölkədə 8451 oğlan, 7660 qız dünyaya gəlib. Bu isə o deməkdir ki, hər 110 oğlana, 100 qız uşağı düşür. 2018-ci ildə isə 111 oğlana 100 düşüb.

Yazıda o da əlavə olunub ki, bütün bu proses selektiv abortlar nəticəsində baş verir.
Ermənistanda selektiv abortların qarşısını almaq mümkün olmur və bu hal getdikcə daha dərin qatlara işləyir.
Hətta 2014-cu ildə Ermənistan selektiv abortlara görə, dünyada 3- cü yerdə qərarlaşıb. Yəni, 114 oğlana 100 qız düşüb. Çin isə selektiv abortlara görə, dünyada birinci yerdədir.