Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə maraqlı təklif verib. Zelenski bildirib ki, əgər Rusiya Krımı qaytarsa və Donbasda konflikti dayandırsa, o zaman G8-ə dönə bilər.
Onun sözlərinə görə, G8-ə qayıtmaq üçün Rusiya girov saxladığı ukraynalı dənizçiləri də azad etməlidir: “Rusiya bu addımlar sayəsində dünyaya ali diplomatiyanın gündəmində yer tutmağa hazır olduğunu göstərə bilər”.
Maraqlıdır, Zelenskinin bu təklifindən sonra Rusiya yenə “səkkizinci” olacaqmı?
Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sherg.az-a bildirdi ki, indiki vəziyyətdə Krımın geri qaytarılması Zelenskinin istəyindən asılı deyil.
Politoloq qeyd edib ki, Rusiyanın “böyük yeddilərə” qaytarılıb-qaytarılmayacağını Amerika və Fransa müəyyənləşdirəcək:
“Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Rusiyanın “böyük yeddilərə” qayıtmasına tərəfdar olduğunu deyib. Putin üçün bu göydəndüşmə təklifdir. Maraqlıdır ki, bir çox məsələdə Makronla fikir ayrılığı içərisində olan ABŞ prezidenti Donald Tramp da Rusiyanın “böyük yeddilərə” qayıtmasını dəstəkləyir.
“Böyük yeddilərin” növbəti sammiti 2020-ci ildə keçiriləcək. Həmin tarixə qədər Amerika və Fransa o biri dövlətləri də Rusiyanın qayıtmasına razılıq verməyə çalışacaqlar. Fikrimcə, bu müddətdə Kreml də boş dayanmayacaq, arxasında Paris və Vaşinqtonun dəstəyini hiss edərək Berlin, Tokio və digərlərini yola gətirməyə çalışacaq və bu istiqamətdə diplomatik fəallığını artıracaq. Bu məsələdə problem başqadır.
Rusiya 2014-cü ildə Krımı ilhaqına görə “böyük səkkizlərdən” çıxarılmış və klub “böyük yeddilərə” çevrilmişdi. İndi isə belə anlaşılır ki, böyük dövlətlər öz prinsiplərindən vaz keçərək Krımın ilhaqını həzm etməyə hazırdılar. Ümumiyyətlə hadisələrin gedişatı göstərir ki, Qərb dövlətləri Krımın ilhaqına görə Rusiyaya qarşı 5 ildir sanksiyalar tətbiq etsələr də, Rusiya ilə bağlı siyasətlərini bir qədər korrektə çalışır və Kremli tam itirmək istəmirlər. Yeni strategiyanın qısa izahı belədir: “Rusiya prezidentinin siyasətini bəyənmirik, Krımın ilhaqı və Donbass separatçılarına verilən dəstək yanlışdır, ancaq buna görə Rusiyanı özümüzdən uzaqlaşdırmamız düzgün deyil, bu siyasət müsbət nəticə vermir. Rusiya bizdən uzaq qaldıqca rəqiblərimizlə, o cümlədən Çinlə yaxınlaşır. Ona görə də Rusiyanı bütün qüsurlarına və yanlış addımlarına rəğmən, yanımızda tutmalıyıq”.
Böyük dövlətlər Kremli itirmək istəmirlər: Qərb Krımın ilhaqını həzm etməyə hazır görünür - ŞƏRH
14:31 22.08.2019
Siyasət
828
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tələbələrə vahid tələbə kartı veriləcək
22:35 23.12.2024
Cəmiyyət
Rusiyada Youtube-un trafikində kəskin azalma - SƏBƏB
22:27 23.12.2024
Dünya
Bakıda uçqun baş verib, ölən var
22:17 23.12.2024
Hadisə
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
22:11 23.12.2024
Dünya
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda 6 nəfər saxlanıldı
22:05 23.12.2024
Cəmiyyət
Paşinyan Sarkisyan və Köçəryanı debata çağırdı
22:00 23.12.2024
Siyasət
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
21:51 23.12.2024
Hadisə
Qaqauziya rəhbəri Sandunu prezidenti kimi tanımadı
21:42 23.12.2024
Siyasət
İsraildən Dəməşqə mesaj: Bu ərazilərdən çıxmayacağıq!
21:36 23.12.2024
Dünya
Fikonun Rusiyaya səfəri ölkəni qarışdırdı
21:10 23.12.2024
Siyasət
Bir neçə ölkə Putinlə Trampın görüşünü təşkil etmək istəyir
21:04 23.12.2024
Dünya
"Bakı Metropoliteni" QSC-nin yeni sədri kollektivə təqdim edildi
20:52 23.12.2024
Cəmiyyət
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
20:43 23.12.2024
Siyasət
Siyasi böhrandan yeganə çıxış yolu yeni seçkilərdir - Zurabişvili
20:37 23.12.2024
Gündəm
Netanyahu: İranın "şər oxu"nu məhv edəcəyik
20:32 23.12.2024
Dünya
"WhatsApp" Rusiyada bloklana bilər - TARİX
20:26 23.12.2024
Dünya
İsxak Hersoq Azərbaycan liderinə təbrik ünvanlayıb
20:20 23.12.2024
Siyasət
Türkiyədən yeni sülh təşəbbüsü - İstanbul növbəti görüşə hazırdır
20:13 23.12.2024
Siyasət
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq
20:06 23.12.2024
Sosial
Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək
19:54 23.12.2024
Siyasət