Müdafiə Nazirliyi bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İran və İraqa hücum etmək üçün İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayımlanan məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən APA -ya verilən xəbərə görə, belə məlumatların heç bir əsası yoxdur: “Bu, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb”.
Qeyd edək ki, bəzi xarici media resurslarında “Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisin itiihamları yer alıb. Həmin ittihamlarda Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İsrail dronlarını İraq və İranı hədəf almaq üçün Azərbaycana yeritməkdə günahlandırıb: “Donald Tramp İraqın suverenliyini pozmağın müxtəlif yollarını nəzərdən keçirir. Amerikalıların ABŞ donanmasının tərkibində 4 İsrail dronunu hazırlayaraq Azərbaycan üzərindən İraqın hərbi qərargahlarını hədəf almasını həyata keçirməsi barədə bizdə dəqiq və təsdiqlənmiş məlumat var”.