Avropa nəhəngləri İrana görə toplanır - Qapalı iclas

Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri İranın nüvə razılaşmasının saxlanılması üçün bu gün görüş keçirəcəklər.

Axar.az xəbər verir ki, bu məlumatı Finlandiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, görüş Helsinkidə qapalı rejimdə baş tutacaq. Görüşə AB-nin baş diplomatı Federika Moqerini də qatılacaq.