“Moskva əlverişli şəraitdə Paşinyanı devirməyə cəhd edəcək”

“Ermənistanda Rusiya prezidenti Vladimir Putinə zidd olaraq “həbs” məsələsinin qaldırılması Koçaryan işində Kremlə qarşı demarşdı”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Paşinyan yaxşı bilir ki, Putin onu qəbul etmir: 



“Moskva əlverişli şəraitdə “Qarabağ klanı”nı qabağa verib onu devirməyə cəhd edəcək. Məhz Koçaryana “stavka” edilməsi, Paşinyana ciddi şəkildə təzyiqdir. Paşinyanın təlimatı ilə Kremlə qarşı ssenari hazırlanıb. Baş nazir çalışır ki, Kreml ona Koçaryanla bağlı təzyiq etməsin. Amma bununla Paşinyan öz iqtidarını daha çox Kremlin hədəfinə gətirdi. Paşinyan populizmlə məşğul olduğu üçün praqmatik siyasətdən uzaqdır. Rusiya-Ermənistan əlaqələri Paşinyan dövründə yüksək səviyyədə olmayacaq. Paşinyan öz siyasəti ilə Moskvaya qarşı olmasına baxmayaraq, hələlik Rusiya Ermənistandan əl çəkmir”.