Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Sherg.az"xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
-Xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. Siz artıq ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizin hər səfəriniz qarşılıqlı maraq doğuran məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Münasibətlərimizin xarakteri və ruhu haqqında danışmağa ehtiyac yoxdur. Biz onları çox yüksək qiymətləndiririk. Onlar dostluğa, qarşılıqlı anlaşmaya, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, sizin bu səfəriniz də münasibətlərimizin gələcək inkişafına töhfə verəcək.
Bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti ondadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək. Sizi bir daha Azərbaycanda salamlayıram.
Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas deyib:
-Sağ olun, hörmətli cənab Prezident, hörmətli İlham Heydər oğlu. Bugünkü görüşə görə sağ olun. Sizinlə görüşmək, söhbət etmək mənim üçün böyük şərəfdir.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***
13:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Sherg.az" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.