“Avrasiya İqtisadi Birliyinin növbəti toplantısının İrəvanda keçiriləcəyi əvvəlcədən bəlli idi və prosedur qaydası idi. Ermənistanın bu sammitə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşımır”.
Bunu Sherg.az-a açıqlmasında politoloq Tofiq Abbasov deyib.
Analitik bildirib ki, Ermənistan rəhbərliyi ölkəyə investisiyalar cəlb etməyə çalışsa da, buna nail ola bilmir:
“Ölkədə daxili vəziyyətin gərgin olması, risklərin çoxluğu, İrəvanın dağıdıcı və aqressiv siyasəti xarici investorları qorxudur və çəkindirir. Rusiya prezidenti Vldamir Putinin İrəvandakı davranışından görünür ki, Ermənistan öz müttəfiqi Moskva ilə də normal ünsiyyət qura bilmir. İşğalçı ölkənin iddiaları real imkanlarını çox üstələyir. Baş nazir Nikol Paşinyan başda olmaqla İrəvan hökuməti öz hədəflərini müəyyən etməkdə çətinlik çəkir. Paşinyanın idarəçilik qabiliyyəti olmadığı üçün həm daxili, həm də xarici siyasətdə ardıcıl uğursuzluqlarla üzləşir. Ümumiyyətlə, Ermənistanın vəziyyəti qənaətbəxş deyil”.
Ekspertin sözlərinə görə, İrəvan rəhbərliyi Moskvanın gözləntilərini doğrulda bilmir:
“Əslində Rusiya nə Paşinyanı, nə də Koçaryanı Ermənistanın rəhbərliyində görmək istəyir. Çünki bu şəxslərin hamısı hərtərəfli tükəniblər”.