“Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı İlham Əliyevi nüfuzlu “Valday” forumuna dəvət etməsi və xüsusi görüşməsi cənab Prezidentimizin uğurlu siyasətinin nəticəsidir”.
Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Fuad Heydər deyib.
Siyasi şərhçi bildirib ki, məhz dövlət başçısı İlham Əliyevin düzgün siyasəti və şəxsi nüfuzu sayəsində Azərbaycan beynəlxalq arenada tanınıb:
“Azərbaycanın hərtərəfli inkişafı göz önündədir. Heç şübhəsiz, bütün nailiyyətlərimizin arxasında Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev dayanıb. Ələlxüsus, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Rusiya ilə münasibətlərin yaxşı olması rəsmi Bakı üçün faydalıdır. Moskva ilə əlaqələrin genişlənməsi həm siyasi, həm də iqtisadi baxımdan mühümdür. Görüşdə Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla bağlı düşüncələri də göstərdi ki, rəsmi Moskva Bakıya önəmli tərəfdaş gözü ilə baxır”.