Ermənistan üçün "qaynar payız" - Düşmən ölkə vətəndaş müharibəsinin astanasındadır

“Görünən odur ki, məcburiyyətdən hakimiyyəti əldən verən Serj Sarkisyan yenə də iqtidara qayıtmaq istəyir”. Bunu Sherg.az-a açıqlamasında siyasi şərhçi, “Milli.az” saytının baş redaktoru Anar İmanov deyib. 

Ekspert bildirib ki, indiki baş nazir Nikol Paşinyan bunu çoxdan bilir və məhz buna görə də Sarkisyanı təqib etdirir: 

“Hakimiyyətdəki çaxnaşma, yeni liderlərin arayışı, ölkə üçün heç də normal gələcək vəd etmir. Vaxt keçdikcə Ermənistan daha da çox zəifləyir. Beynəlxalq arenada bu ölkənin heç bir nüfuzu qalmayıb. Son zamanlarda Rusiyanın da etibarını itirən Paşinyan anlaşılmaz siyasəti ilə hakimiyyətinin aqoniyasını sadəcə uzadır. Bu siyasət nəyə gətirib çıxara bilər?



Anar İmanov: "Paşinyan anlaşılmaz siyasəti ilə hakimiyyətinin aqoniyasını sadəcə uzadır"


Ermənistan rəhbərliyi ölkə daxilində mövqeyini gücləndirmək üçün səhv yol seçib. Paşinyanın daxili siyasəti isə ölkəni ənənəvi uçuruma və vətəndaş müharibəsinə gətirib çıxara bilər. Ermənistandakı ekspertlər də hesab edir ki, ölkə çox çətin dönəmə daxil olub. İndiki prosesləri hətta “qaynar payız” kimi qələmə verənlər var. Həll olunmamış problemlər, hakimiyyətin, konkret Paşinyanın fəaliyyətsizliyi və yanlış qərarları - bütün bunlar göstərir ki, Ermənistan əhalisi yenə tarixi qərarlar verməlidir. Bu qərarlar heç də Paşinyanın ürəyincə olmayacaq”.