“Əli Kərimli aldığı sifariş əsasında ölkədə təxribat törətmək istəyir”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. N.Orduxanlının sözlərinə görə, Prezident İlham Əliyev son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb:
“Bu reallıqları yaxşı bilən Əli Kərimli mitinq üçün Lökbatana getməkdən imtina edir. Çünki əmindir ki, Azərbaycan ictimaiyyəti onu dəstəkləməyəcək. Məqsədli şəkildə icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq niyyətindədir. Yəni dövlətimizin imicini korlamaq istəyir. Hökümət onların aksiyasına icazə versə də, məlum qruplaşma qəsdən razılaşdırılmamış yerdə aksiya keçirtməklə, polislə qarşıdurmaya getmək niyyətindədirlər. Əli Kərimlinin məqsədi nəyin bahasına olur-olsun, ölkəmizdə sabitliyin pozulmasına cəhd etməkdir”.
Niyaməddin Orduxanlı: "Ailənizi və özünüzü kimlərinsə siyasi oyunlarına alət etməyin"
Onun fikirincə, indiyədək AXCP-nin bu tipli qərarları çox olub, ancaq heçnə dəyişməyib:
“Hansısa məmurdan narazı olan insanlara demək istəyirəm ki, kimin arxasınca getdiyinizin fərqinə varın. Təəssüflər olsun ki, bu cür adamlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edirlər. Konkret olaraq Əli Kərimlidən istifadə edirlər. Əli Kərimli sifariş əsasında fəaliyyət göstərən adamdır. Sabah başqa sifariş gəlsə, onu yerinə yetirəcək. Bu, dəfələrlə sübut olunub. İndiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyac var. Ailənizi və özünüzü kimlərinsə siyasi oyunlarına alət etməyin. Sivil təkamül prosesinə mane olmayın, ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurulmasına imkan verməyin”.