Rusiyanın Müdafiə naziri Sergey Şoyqu oktyabrın 29-da Yerevana gedəcək. Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatında yazılıb.
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini aparan təyyarənin Gümrü hava limanına enəcəyi gözlənilir.
Bildirilir ki, S.Şoyqu Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına baş çəkəcək və ermənistanlı həmkarı David Tonoyanla görüşəcək.
Rusiyalı nazirin Ermənistana səfərinin statusu dəqiqləşdirilməyib.
Məlumat üçün bildirək ki, S.Şoyqu oktyabrın 30-da Bakıda MBD Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək.