Rusiya Prezidenti Vladimir Putinin İrəvana gələn ilin payızında baş tutacaq səfəri zamanı Ermənistanda Rusiya bazasının yerləşdirilmə müddətinin artırılması məsələsi müzakirə olunacaq.
Axar.az xəbər verir ki, bu məlumatı “Jamanak” qəzeti yayıb. Qəzet müzakirə mövzularından birinin 102-ci bazanın Ermənistandakı dislokasiyasının daha 10 il uzadılması olacağını bildirib.
Qeyd edək ki, 102-ci baza Ermənistanda 1995-ci ildə yerləşdirilib. 2010-cu ildə bazanın Ermənistanda 2044-cü ilə qədər qalması barədə qərar qəbul edilib.