Xaricdə erməni lobbisini dəstəkləyən qüvvələrin Azərbaycana qarşı hücumlarının sayı artıb.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Deputat onların susdurulması istiqamətində görüləcək işlərdən, xarici ölkələrə səfərlərin sayının artırılmalı olduğundan danışıb.
S.Seyidov bildirib ki, bu sahədə xərclərin artırılması zərurətə çevrilib.