“Rəhbərlik etdiyim qurum bələdiyyə seçkilərində müşahidə aparmayacaq”.
Bu sözləri Sherg.az-a açıqlamasında seçkilərdə müşahidəçilik edən“ELS” Müstəqil Araşdırmalar Mərkəzi rəhbəri İradə Yaqubova deyib.
O bildirib ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi bələdiyyələrlə bağlı monitorinq aparmır: “Çünki bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək bizim fəaliyyətimizə aid deyil”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.