Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak 27-28 noyabrda Azərbaycana rəsmi səfərə gələcək.
Siyasətçi Bakıda Slovakiya səfirliyinin açılışında iştirak edəcək.
Hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Miroslav Layçak 28-29 noyabrda Ukraynanın şərqinə yollanacaq. Siyasətçi Donbasda yerləşən hərbçilərin təmas xəttinə baş çəkəcək.
Məlumatı Slovakiya Diplomatik Xidmətinin Mətbuatla Əlaqələr üzrə nümayəndəsi Boris Qandel verib.
Mətbuatla əlaqələr xidmətindən bildirilib ki, slovakiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və XİN başçısı Elmar Məmmədyarovla görüşəcək.