Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, artıq bununla bağlı ilkin müzakirələr aparılıb.
Bakının artıq Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ölkəyə gəlişinə veto qoyduğunu və bunun Zöhrabyanın Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrlə bağlı olduğu da bildirilib.
Zöhrabyan özü isə Ermənistan XİN-in müzakirələr zamanı bu şərti qəbul etməyəcəyinə ümid etdiyini söyləyib.