Türkiyə Fransa prezidenti Emmanuel Makronu Suriya ilə bağlı açıqlamalarında terrora dəstək verməkdə ittiham edir.
«Sherg.az» «Lefigaro.fr »ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər Naziri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib:
"Makron terror təşkilatının xaç atası olaraq onları daim Yelisey sarayında qəbul edir. O, terror təşkilatını Fransanın müttəfiqi adlandırırsa, deyiləsi başqa bir söz yoxdur».
Qeyd edək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyanın şimalında PKK/YPG və İŞİD terror dəstələrinə qarşı hərbi əməliyyatlara başlayıb.