Düşmən həmişə sarsaqlayır: “Ermənilər Meğrini sovet vaxtı Azərbaycandan qopardıblar”

“Erməni hərbi ekspert David Camalyan sarsaq açıqlamalar verir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.  Siyasi şərhçi bildirib ki, ermənilər Meğrini sovet hakimiyyəti illərində Azərbaycandan qopardıblar:

“Vaxtilə Naxçıvanla aramızda qoru yolu var idi. Bu yolları SSRİ hökumətinin qəyyumluğu ilə qapatdılar və tədricən həmin əraziləri ələ keçirdilər. Ermənilər özləri də yaxşı bilirlər ki, o ərazilər tarixi Azərbaycan torpaqları olub və düşmənlər tərəfindən bu və ya digər üsullarla zəbt edilib. Məkirli düşmən özünə aid olmayan torpaqlara iddialar irəli sürür. Paralel olaraq Azərbaycanı və Türkiyəni tamamilə absurd “işğalçılıq” iddiası ilə ittiham edir. Azərbaycan və Türkiyə həmişə təcavüzkar ermənilərin ərazi iddiası ilə üzləşib. Əlbəttə, tarix boyu itirdiyimiz torpaqların geri qayıtmasını istəyirik. Ancaq bu gün Azərbaycan dövlətinin əsas hədəfi sovet imperiyası dağıldıqdan və müstəqilliyimizi elan etdikdən sonra malik olduğumuz sərhədlərimizi bərpa etməkdir. Yəni 1991-ci ildən bu yana Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməkdir. Danışıqlar prosesində rəsmi Bakının mövqeyi budur. Beynəlxalq ictimaiyyət də məhz bunu tələb edir”. 



Analitik vurğulayıb ki, ermənilərin iddiaları hər zaman boylarını aşıb: 

“Onlar elə zənn edirlər ki, illər öncə Azərbaycandan qopardıqları ərazilər onların “tarixi torpaqları”dır. Əslində erməni siyasətçiləri və ekspertləri bu cür yalanlarla, utopik informasiyalarla kasıb əhalinin başını qatmağa çalışırlar. Azərbaycan hər zaman regionda sülhün və sivil münasibətlərin tərəfdarı olub. Bütün addımlarımızı beynəlxalq hüququn tələblərinə uyğun atırıq. Ermənilər nə zaman Rusiyadan pulsuz silah-sursat qopartmaq istəsələr, beləcə hay-küy salır, Moskvanı İrəvanı “satmaqda” ittiham edirlər. Hamısı boş söhbətlərdir”.