Bu gün Kiyevlə Ukraynanın şərqindəki rusiyapərəst separatçılar arasında böyük məhbus mübadiləsi aparılacaq”
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna rəhbərliyindən bildirilib. Məlumata görə, saxlanılan şəxslərin sərbəst buraxılması prosesi Donetsk vilayətindəki " Mayorské "keçid məntəqəsində baş tutacaq.
Artıq Odradivka kəndi yaxınlığında silahlı Ukrayna əsgərləri tərəfindən qorunan əraziyə gəliblər. Məhbusları daşıyan avtomobillər də əraziyə gəlib. Jurnalistlərin bu əraziyə birbaşa girişi yoxdur. Dəyişdiriləcək məhbusların adları və sayı məlum deyil.
Ancaq əməliyyat zamanı ümumilikdə yüzdən çox məhbus dəyişdirlməlidir”.