AŞPA-nın qərəzi: Əsassız qətnamələrlə ölkəmizə təzyiq niyyəti güdürlər

“Avropa Şurasının Türkiyə və Azərbaycana qarşı qərəzli siyasətini daima şahidi olmuşuq”. Bu fikriləri Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, hər zaman Avropa Şurasının ölkəmizə qarşı qətnamələrinə dözüm nümayiş etdirilib:

“Türkiyəyə qarşı da həmçinin bu kimi qətnamalər qəbul edilib. Bu qətnamələr və siyasi yanaşmalar əsasən Avropada müəyyən qüvvələrin ölkəmizə qarşı təzyiq aləti kimi istifadə edilir. Azərbaycan qəti şəkildə bu kimi qətnamələrin onun siyasətinə təsir etməyəcəyini qeyd edir. Hesab edirəm ki, prezident İlham Əliyev çıxışı ilə Türkiyə və Azərbaycana qarşı olan bu təşkilatın təzyiqinin artıq boşuna olduğu mesajını vermiş oldu”. 



Politoloq: “Türkiyəyə qarşı da həmçinin bu kimi qətnamalər qəbul edilib”


M.Əsədullazadənin sözlərinə görə,  Avropa Şurasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnamələri olsa da, o demək deyil ki, bu təşkilat Azərbaycanla diktə dili ilə danışmalıdır:

“Ona görə də Prezident bir daha müstəqil siyasətin dönməz olduğunu, Avropa Şurasının ikili standartlar çərçivəsindən çox vaxt istifadə etməsinin mənfi tendensiya olduğunu vurğuladı. Hesab edirəm ki, Avropa Şurasında islahatlar aparılmalıdır və burada ikili standartlara son qoyulmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən çıxışında Avropa Şurasını sərt tənqid edib. Avropa Şurasının hər iki qardaş ölkəyə riyakarlığı və ikili standart uyğulaması beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir.